Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov Rusiya prezidenti Vladimir Putindən xüsusi təyyarə istəyə bilmədiyi üçün ölkədə qaldığını deyib.
Sportarena.az xəbər verir ki, dağıstanlı idmançı Toni Ferqyusonla aprelin 18-nə nəzərdə tutulan döyüşün baş tutmamasına görə onu qınayanları "sancmağı” da unutmayıb:
"Xüsusi təyyarə? Elə düşünürsüz ki, çempionamsa, Putinə zəng vurub təyyarı istəyə bilərəm? "Xahiş edirəm, mənə uçaq ver” deyə bilərəm? Döyüşün baş tutmamasına görə məni qınayanlar axmaq adamlardı. Bəlkə Donald Trampı yığmalı olduğum halda, bunu da etməmişəm?”
Qeyd edək ki, iki UFC divizionunda eks-çempion olan Konor Makqreqor üzərində qələbədən sonra Həbib Putinlə görüşmüş, söhbət zamanı Rusiya başqanı idmançıya öz telefon nömrəsini vermişdi.