Türkiyə millisinin koronavirusa yoluxan sabiq qapıçısının - 46 yaşlı Rüştü Rəçbərin son durumu ilə bağlı müalicə olunduğu xəstəxana məlumat verib.
Sportarena.az xəbər verir ki, veteranın durumunun hər gün daha da yaxşılaşdığı bildirilib:
"Bazar günü CoVid-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilən Rüştü Rəçbərin müalicəsi davam etdirilir. Xəstəmizin sağlıq durumu gündən-günə daha da yaxşılaşır".