“Qarabağ” Azərbaycanda ən güclü komandadı" - AÇIQLAMA

14:52 4 Aprel 2020

"Mən çox xəbəri öz klubumdan alıram. Deyirlər ki, çox vacib iş olmadan evdən çıxmayaq. Çünki bu halda bizi küçədə cərimə edə və evə qaytara bilərlər. Mən marketə gedirəm. Digər yerlər isə bağlıdı".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Zirə”nin perulu futbolçusu Alvaro Ampuero deyib.

 

Peru mətbuatına müsahibə verən futbolçu koronavirus pandemiyasına görə Azərbaycanda yaranan durumdan danışıb. O, "Azərbaycanın koronavirusun ocaqlarından olan İranla sərhəddə yerləşməsi ölkədə bu xəstəliyin yayılmasında çoxmu rol oynadı" sualına belə cavab verib: "Yəqin ki. İlk koronavirus İrandan gələndən aşkarlanmışdı. Biz çox yaxınıq. Ona görə tezliklə təcili tədbirlər görüldü. Aeroportlar, sərhədlər bağlandı. Amma bəzi günlərdə xaricdən gələnlər vardı deyə, virus yayıldı".

 

Alvaro Ampuero Azərbaycanda futbolun çox sevildiyini bildirib: "Burada olduğum qısa müddətdə bir çox vacib oyun gördüm. "Qarabağ” Azərbaycanda ən güclü komandadı. Hətta fanat olmayan insanlar belə stadiona gedib oyuna baxmağı xoşlayırlar. Mən bilirəm ki, Avropa çempionatından gözləntilər çox idi. İndi hər şey qeyri-müəyyəndi".

 

Futbolçu təxirə salınan Premyer Liqanın bərpa olunub-olunmayacağını bilmədiyini deyib: "İndi bu haqda nəsə demək çətindi. Əgər artıq hər hansı qərar qəbul olunubsa belə, bizə bu haqda birbaşa heç nə deyilməyib. Burda liqanın başa çatmasına çox yox, 8 tur qalıb. Həmçinin komandamızın kubok oyunları da var".


Digər xəbərlər

Xəbər xətti