Tacikistanda bu gün futbol bərpa olunub.
Sportarena.az xəbər verir ki, ölkədə Superkubok oyunu keçirilib. Həlledici matçda “İstiklol”la “Xudcan” üz-üzə gəlib. 2:1 hesabı ilə qalib gələn "İstiklol" fəxri mükafatın sahibi olub.
Xatırladaq ki, Tacikistanda koronavirusa yoluxma hadisəsi qeydə alınmayıb. Buna baxmayaraq, oyun boş tribunalar önündə keçirilib.