"Atletiko" Çempionlar Liqasının 1/8 final mərhləsinin cavab oyunları çərçivəsində "Liverpul"la oynanılan matç üçün İngiltərəyə getməkdən imtina edən 290 azarkeşin bilet ödənişlərini geri qaytarıb.
Sportarena.az xəbər verir ki, "Atletiko" fanatlara toplam 17 min avro ödəniş edib. Azarkeşlər koronavirus pandemiyasının yayılması səbəbindən İngiltərəyə yollanmamışdılar.
"Enfild" stadionunda oynanılan görüşdən gəlir götürən "Liverpul" azarkeşlərin xərclərini ödəməkdən imtina etdiyi üçün "Atletiko" bu addımı atmağa qərar verib.