Nazim Əliyevdən Nikolas Kanalesə qədər - STATİSTİKA

17:00 7 Aprel 2020

Azərbaycan Premyer Liqasının cari mövsümünün bombardirləri cəmi 7 qol vurub. Stiven Monroz və Baqali Dabo (hər ikisi "Neftçi"),  Mahir Emreli ("Qarabağ"), Peyman Babayi ("Sumqayıt") çempionatın ən məhsuldar oyunçularıdır.Onların məhsuldarlığı ölkə çempionatları tarixində təsadüf olunan göstəricilərlə müqayisədə çox aşağıdır. Düzdür, ilk milli çempionatlarda komandalar daha çox oyun keçirib. Amma oyun sayındakı fərq qol sayındakı fərqlə müqayisədə daha azdır.

 

Sportarena.az PFL-ə istinadən xəbər verir ki, bir mövsümdə ən çox qol vuran futbolçu isə Nazim Əliyevdir. O, 1992-ci ildə 39 dəfə rəqib qapılarına yol tapıb. Bunun üçün ona 33 matç kifayət edib və orta məhsuldarlığı 1,18-ə bərabər olub. Cari mövsümün bombardirlərində isə bu rəqəm 0,37-0,47 aralığında dəyişir. Bu isə təxminən üçqat fərqdən xəbər verir.

 

Elə həmin – 1992-ci il mövsümündə bombardirlər yarışında ikinci olan Samir Ələkbərovun göstəricisi də sonrakı illərdə əlçatmaz olub. 30 və daha çox qol vuran 5 oyunçu arasında Qurbanov qardaşları – Musa və Qurban da yer alıb. Onlar müvafiq olaraq 35 və 34 dəfə fərqlənib. 30 qol vuran digər oyunçu isə ilk çempionatın üçüncüsü Mehman Allahverdiyevdir.

 

Ümumilikdə isə ölkə çempionatları tarixində 10 dəfə hər hansı futbolçu 25 və daha çox qol vurub. Nazim Əliyevlə Samir Ələkbərov hamıdan çox hərəyə 2 dəfə bunu bacarıb. 10 belə hadisədən altısının müəllifi “Neftçi”nin üzvü olub.

 

25 və daha çox qolun vurulmasına 9 dəfə ötən əsrdə təsadüf olunub. Yalnız bir futbolçu bunu XXI əsrdə gerçəkləşdirib. Bu, “Neftçi”də 26 qol vuran Nikolas Kanalesdir.

 

Bir mövsümdə 25 və daha çox qol vuran futbolçular:

 

1992. Nazim Əliyev (Xəzər S) - 39

1992. Samir Ələkbərov (Neftçi) - 36

1993/94. Musa Qurbanov (Turan) - 35

1996/97. Qurban Qurbanov (Neftçi) - 34

1992. Mehman Allahverdiyev (Kəpəz) - 30

1992. Yunis Hüseynov (Neftçi) -  29

1993/94. Fazil Pərvərov (Kəpəz) - 29

1994/95. Nazim Əliyev (Neftçi) - 26

2012/13. Nikolas Kanales (Neftçi) - 26

1996/97. Samir Ələkbərov (Neftçi) - 25.


Digər xəbərlər

Xəbər xətti