Serbiya polisi Səudiyyə Ərəbistanının “Əl İttihad” klubunun futbolçusu Aleksandar Priyoviçi həbs edib.
Sportarena.az xəbər verir ki, buna səbəb futbolçunun karantin qaydalarını pozması olub. Belə ki, forvard 17:00-dan səhər saat 5:00-a qədər ölkədə komendat saatı elan olunmasına baxmayaraq restorana gedib.
Hücumçu dostları ilə birlikdə spirtli içki qəbul edib. Bu qaydaları pozanlara 3 illik həbs cəzası verilsə də, Priyoviçi 3 aylıq həbs cəzası ilə canını qurtarıb.