Almaniya Bundesliqasının daha bir klubu koronavirus pandemiyası ilə əlaqədar yaranan fasilədən sonra məşqləri bərpa edib.
Sportarena.az xəbər verir ki, “Bavariya"nın futbolçuları klubun bazasında bir araya gəliblər.Münhen təmsilçisinin üzvləri 3-4 nəfərlik qruplar şəklində məşq keçib. Oyunçular təmrinləri yerinə yetirərkən bir-biri ilə ara məsafəsi saxlayıblar.
Qeyd edək ki, daha öncə “Şalke” meydançada məşqlərə başlamışdı.