İngiltərə Premyer Liqa klublarının kapitanları koronavirusla bağlı yaranmış maliyyə problemlərinə görə maaşlarının azaldılmağı məsələsini müzakirə ediblər.
Sportarena.az xəbər verir ki, “Whatsap”"da söhbət edən kapitanların əksəri məvaciblərdə 30 faizlik endirimə razılaşmayıblar. Futbolçular yardımların könüllü olmasının tərəfdarıdır.
Bundan əlavə, COVID-19 pandemiyasına görə dayandırılan İngiltərə Premyer Liqasının iyun ayında bərpa ediləcəyi gözlənilir. Matçların azarkeşsiz davam edəcəyi ehtimal olunur.