Formula 1-in Azərbaycan Qran-prisi oktyabrda keçirilə bilər

10:49 8 Aprel 2020

Formula 1 təşkilatçıları maddi itkini minimuma endirmək üçün təqvimdəki yarış sayını artırmaq niyyətindədir.

 

Sportarena.az xəbər verir ki, bunu niderlandlı jurnalist Ulav Mol deyib. O, bildirib ki, hazırda Formula 1 təşkilatçıları ilkin versiya ilə heç bir əlaqəsi olmayan yeni təqvim hazırlayır və maksimum sayda yarış keçirməyi planlaşdırır.

 

Yeni təqvimdə 17 yarışın baş tutacağı göstərilib. Avstraliya, Monako, Vyetnam, Kanada və Sinqapur Qran-prilərinin adlarına rast gəlinməyib. Azərbaycan Qran-Prisi isə oktyabrın 9-11-nə salınıb.


Digər xəbərlər

Xəbər xətti