"Kiməsə virus yoluxdurmamışam" - Fatih Terim

12:54 8 Aprel 2020

Koronavirusdan qalib gələn Fatih Terim son durumundan danışıb.

 

Sportarena.az xəbər verir ki, 66 yaşlı mütəxəssis bundan sonra karantin qaydalarına riayət edəcəyini deyib:

 

"Çox şükür, son testim mənfi oldu. Hər kəsdən xahiş edirəm, virusla mübarizədə bir an diqqətdən yayınmayın. Mənə virusun kimdən keçdiyini bilmirəm. Ancaq kimisə virusa yoluxdurmamışam. Çox diqqətli davrandım. Bundan sonra da karantin qaydalarına riayət etməyə davam edəcəyəm".

 

Fatih Terimin COVID-19 testi martın 23-ü müsbət çıxmışdı. Təcrübəli çalışdırıcı aprelin 6-da infeksiyaya qalib gəlib.


Digər xəbərlər

Xəbər xətti