"Pərviz Abdullayev ən azı mayın ortasınadək Dominikanda qalacaq. Ondan əvvəl "Survivor”dan çıxanlar da həmin ölkəni tərk etməyib. Onlar hamısı oteldə qalır”.
Sportarena.az xəbər verir ki, bunu oxu.az-a "Kobra” ləqəbli kikboksçumuz Pərviz Abdullayevin şəxsi məşqçisi Mehman Umudov deyib.O, dünən SMS səsverməsi ilə "Survivor” yarışını tərk etmiş Pərviz Abdullayevin Bakıya qayıtmayacağını bildirib:
"İndi heç bir ölkəyə uçuş yoxdu. Uçuş olsa, ABŞ-a, ordan da Türkiyəyə getməlidi. ABŞ bütün sərhədlərini xarici ölkələrin üzünə bağlayıb. Türkiyədə də karantinə alınacaq. Elə Dominikanda qalsa, yaxşıdı”.
Qeyd edək ki, Şimali Amerika materikində – Karibyanı dəniz hövzəsi ölkəsi olan Dominikan Respublikasında 1956 nəfər koronavirusa yoluxub. Lakin həmin ölkədə hələlik ölüm faktı qeydə alınmayıb.