Beynəlxalq Basketbol Federasiyası (FIBA) iyunda keçirilməsi planlaşdırılan bütün turnirləri ləğv edib.
Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının iştirak edəcəyi kiçik dövlətlərin Avropa çempionatı da baş tutmayacaq.B qrupunda yığmamızla yanaşı, Ermənistan, İrlandiya və Andorra milliləri də mübarizə aparmalı idi. Çempionatının iyunun 28-dən iyulun 4-dək İrlandiyanın Limerik şəhərində keçirilməsi nəzərdə tutulmuşdu.
FIBA mayda keçirəcəyi növbəti iclasında yarışın yeni vaxtını təqdim edəcək.