"Qəbələ" maaşımı azaltsa, anlayışla qarşılayaram" - AÇIQLAMA

15:25 9 Aprel 2020

"Hazırkı vəziyyət klublar üçün asan deyil. Bu səbəbdən, maaşlar azaldılsa, anlayışla qarşılayaram".

 

Sportarena.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında "Qəbələ"nin futbolçusu Fernan Lopes koronavirus pandemiyasına görə bəzi klubların oyunçuların məvaciblərini azaltmasına münasibət bildirərkən deyib.

 

İspaniyalı yarımmüdafiəçi klubunun belə bir addım atmayacağına inandığını vurğulayıb: "Bilirəm ki, "Qəbələ" maaşımızı tam ödəmək üçün mümkün olan hər şeyi edəcək. Amma bunu etmək mümkün olmasa, klubu başa düşməli və dəstəkləməliyik"

 

"Qəbələ" ilə müqaviləsi cari mövsümün sonunda başa çatacaq 25 yaşlı futbolçu karyerasını Azərbaycanda davam etdmirməyin əleyhinə olmadığını da vurğulayıb: "Klub müqaviləmi daha bir il uzatmaq imkanına malikdir. İdman karyeramda hər şeyin ən yaxşısını arzulayıram. Bu, Azərbaycanda olacaqsa, qalacağam".

 

Lopes "Başqa təklifləriniz varmı" sualına isə belə cavab verib: "Bu işlərlə menecerim məşğul olur. Hazırda "Qəbələ"dən başqa heç bir komanda barədə düşünmürəm".

 

Qeyd edək ki, Fernan Lopes koronavirus pandemiyası ilə əlaqədar ailəsindən narahat olduğu üçün vətəni İspaniyaya yollanıb.


Digər xəbərlər

Xəbər xətti