"Yuventus"un mövsüm sonu ilə bağlı planları bəllidi.
Sportarena.az xəbər verir ki, Kriştianu Ronaldu, Matteys de Lixt, Merih Demiral, Corco Kyellini və Rodriqo Bentankurun komandada qalacağı dəqiqləşib.
"Yuve" Miralem Pyaniç, Mattia De Şilyo və Daniele Ruqani ilə yolları ayırmağa hazırdı. Daha əvvəl Turin klubunun "Valensiya"nın oyunçusu Ferran Torresə görə De Şilyo və Ruqanini qarşı tərəfə təklif etdiyi məlum olmuşdu.