Kamerun millisinin və "Qalatasaray"ın sabiq futbolçusu Riqobert Sonq ölkəsində karantinə alınıb.
Sportarena.az xəbər verir ki, o, martın 30-da Fransadan qayıtdıqdan sonra 14 günlük nəzarət altında saxlanılır.Sonqun test nəticəsi pozitiv çıxmasa, ailəsinin yanına qayıda biləcək.
Qeyd edək ki, Riqobert Sonq futbolçu karyerasını bitirdikdən sonra bir müddət Kamerunun U-23 millisini çalışdırmışdı.