Bu gün azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarovun doğum günüdür.
Sportarena.az xəbər verir ki, onu təbrik edənlər arasında 14 yaşlılar arasında dünya çempionu olan həmyerlimiz Aydın Süleymanlı da var."Ad gününüz mübarək mənim 1 nömrəli kumirim. Sizə həyatınızda və şahmatda uğurlar arzu edirəm", - deyə yeniyetmə şahmatçı təbrikində bildirib.
"Şah" isə öz növbəsində cavab olaraq bunları yazıb: "Sən bizim fəxrimizsən. Sən dahi şahmatçı olacaqsan. Mən hər zaman sizə dəstək olacam. Biz birlikdə güclüyük, çempion".