34 futbolçudan 56 dubl

18:03 12 Aprel 2020

2019/20 mövsümündə “Qəbələ”nin futbolçuları 4 dubla imza atıb.

 

Sportarena.az xəbər verir ki, bunlardan ikisi Premyer Liqa, ikisi Azərbaycan kubokuna təsadüf edib. Qış fasiləsində komandanı tərk edən Davit Volkov hər iki turnirdə fərqlənməyə nail olub.

 

Klesio Bauk kubok, Nikolas Raysel isə çempionat matçında iki top vurub. Sonuncu “qırmızı-qaralar”ın koronavirus pandemiyası ilə əlaqədar yaranan fasilə ərəfəsindəki son qarşılaşmada bunu bacarıb. O, “Sumqayıt”la ev oyununda (5:0) qonaqları iki dəfə məyus edib.

 

Ümumilikdə, “Qəbələ”nin tarixindəki dublların sayı 56-ya çatıb. Bunlardan 38-i Azərbaycan Premyer Liqasına təsadüf edib. Kubokda 11, birinci dəstədə 4, avrokuboklarda 3 dəfə bir futbolçu görüşü iki qolla başa vurub. 

 

Dubla imza atan futbolçuların sayı isə 34-ə çatıb. Hər üç oyunçu – Volkov, Bauk və Raysel “Qəbələ”də ilk belə uğuruna cari mövsüm imza atıb. Bu göstəricidə mütləq rekord isə Baqali Daboya məxsusdur. Fransız hücumçu 6 dəfə dubla sevinib. Kənan Kərimovun aktivində 4 belə matç var.

 

“Qəbələ”də 2 və daha çox dubla imza atanlar:

 

1. Baqali Dabo – 6

2. Kənan Kərimov – 4

3-5. Dodo – 3

Yannik Kamanan – 3

Daniel Subotiç – 3

6-13. Rövşən Əhmədov - 2

Filip Ozobiç - 2

Vüsal Qarayev - 2

Viktor Mendi - 2

Sergey Zenyov - 2

Deon Barton - 2

Ceyms Adeniyi -2

Davit Volkov - 2.


Digər xəbərlər

Xəbər xətti