AFFA Abdullah Avcı ilə danışıqları davam etdirir.
Sportarena.az xəbər verir ki, bu barədə Türkiyənin “Futbol Sayfası” saytı məlumat yayıb.Bildirilir ki, Avcının Azərbaycan millisinin başına keçmə ehtimalı davam edir. Daha öncə Türkiyə mətbuatı 48 yaşlı mütəxəssisin təklifi qəbul etmədiyini yazsa da, hazırda danışıqların hələ də davam etdiyi vurğulanıb. Tərəflər maddi şərtlərdə razılaşmağa çalışırlar. Danışıqların martın əvvəli yekunlaşacağı billdirilir. Xəbərdə AFFA-nın Çesare Prandelli və Canni De Byazi ilə də təmasda olduğu qeyd edilib.
Qeyd edək ki, Abdullah Avcı mövsümə “Beşiktaş”da başlasa da, uğursuz gedişatın ardından istefaya yollanmışdı.