"Sabah"ın futbolçusu: "Yeməkləri həyat yoldaşım hazırlayır, mən isə..."

14:00 14 Aprel 2020

"Sabah"ın moldovalı futbolçusu Yevgeni Koçuk Moldova mətbuatına açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, koronavirus pandemiyasına görə ölkəmizdə qalan 27 yaşlı yarımmüdafiəçi xüsusi karantin günlərində məşğuliyyətlərindən danışıb: 

 

"Açığı, nadir hallarda yemək hazırlayıram. Bu, həftədə cəmi 1 və ya 2 dəfə olur. Yeməkləri adətən həyat yoldaşım hazırlayır. Ona görə də mənim nə isə hazırlamağıma ehtiyac qalmır. Bu kimi işlərlə xanımım məşğul olur. Boş vaxtlarda məşqçilərin və futbolçuların həyatından bəhs edən avtobioqrafik kitablar oxumağı xoşlayıram. Bu müddətdə Ser Aleks Ferqyusonun və Ceymi Vardinin avtobioqrafiyasını oxumuşam".


Digər xəbərlər

Xəbər xətti