“Çempionatın ləğv edilməsi haqqa dəqiq bir şey yoxdur. Ona görə də bununla bağlı nəsə demək tələskənlik olar. Ola bilər ki, bəzi liqalarda yerlər bəllidir, nəzəri cəhətdən dəyişiklik olmayacaq. Ancaq bizdə gərgin mübarizə gedir. Bunun üçün bu məsələ müzakirə belə oluna bilməz. Premyer Liqanın ləğv edilməsi idman prinsipləri baxımından böyük ədalətsizlik olar”.
Sportarena.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş meneceri Elman Himayətoğlu deyib. Klub rəsmisi koronavirus üzündən yaranan maliyyə problemi ilə bağlı oyunçuların maaşlarının mümkün azaldılma ehtimalına da münasibət bildirib:
“Zirə”də belə bir müzakirə yoxdur. Biz UEFA-nın qərarını gözləyirik. İndidən bu barədə nəsə demək yersiz olar. Hər şey UEFA-nın qəbul elədiyi qərarlarla tənzimləmməlidir. Biz futbolçuya hər hansı bir şərt irəli sürə bilmərik, çünki onların qüvvədə olan müqavilələri var” (matc.az).