Məşhur idman fotoqrafı Entoni Kauzi bazar günü dünyasını dəyişib.
Sportarena.az xəbər verir ki, 48 yaşlı Kauzi koronavirusun qurbanı olub. Onun iki övladı var idi.Kauzi 1994-cü ildən bəri "New York Post"da çalışırdı. O, Nyu-Yorkda keçirilən idman yarışlarını lentə alırdı.