Neymardan türk filminə tərif - “Uşaq kimi ağladım”

21:40 14 Aprel 2020

PSJ-nin və Braziliya millisinin ulduzu Neymar türk filmi olan “7.koğuştakı mucizə” filminə tərif yağdırıb. 

 

Sportarena.az xəbər verir ki, o, İnstaqram hesabında Aras Bulut İynəmlinin baş rol aldığı film haqqında fikirlərini yazıb. 

 

Neymar filmin çox sarsıdıcı olduğunu bildirib: “Övladı olanlar mənim bu filmi izlədikdən sonra hansı hissləri yaşadığımı anlayar. Çox gözəl filmdir, izləyərkən uşaqlar kimi ağladım. Ağlamasanız, sizin üçün heç bir şey edə bilmərik. Sarsıdıcı bir türk filmidir”.



Digər xəbərlər

Xəbər xətti