Avstriya hökuməti ölkənin futbol klublarına məşqlərə başlamağa icazə verib.
Sportarena.az xəbər verir ki, klublar 20 apreldən etibarən məşqlərə başlayacaq. Ancaq məşqlər əvvəlcə 6 futbolçudan ibarət kiçik qruplar şəklində olacaq.Bildirilib ki, ölkədə oyunların nə vaxt bərpa olunacağı isə hələlik məlum deyil.