"Alanyaspor” "Qarabağ”ın müdafiəçisi Aylton da Silvaya elçi düşüb.
Sportarena.az xəbər verir ki, Türkiyə təmsilçisi braziliyalı cinah müdafiəçisinin müqavilə ilə məxsus olduğu "Ştutqart”a müraciət edib.
Qardaş ölkə klubu yayda ağdamlılarla olan icarə müqaviləsinin müddəti başa çatacaq cənubi amerikalını transfer etmək istəyir.