Şarapova həkimlərə kömək məqsədi ilə raketkasını hərraca çıxardı - FOTOLAR

00:39 19 Aprel 2020

Rusiyalı keçmiş tennisçi Mariya Şarapova koronavirusla mübarizə aparan həkimlərə maddi yardım məqsədi ilə tennis raketkasını hərracda satışa çıxarıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə o, Feysbuk hesabında yazıb.

 

““Sərhədsiz həkimlər” üçün hərracda iştirak etmək mənim üçün böyük şərəfdir. Ötən il oynadığım raketkanı şəxsən imzalamışam”, - Şarapova yazıb.Hərrac aprelin 19-da başa çatacaq. Əldə edilən vəsait “Sərhədiz həkimlər” təşkilatına köçürüləcək.



Digər xəbərlər

Xəbər xətti