Sabiq tennisçi Eşli Erklrod 12 il peşəkar tennislə məşğul olsa da, heç vaxt ciddi titulla yadda qalmayıb.
Sportarena.az xəbər verir ki, heç top-30-a da düşməyən ABŞ idmançısı "Playboy" jurnalı üçün poz verən ilk qadın tenisçi kimi tarixə düşüb. Sonradan qadın tennisinə böyük pulların yatırılması ilə nəticələnən bu hadisə 2008-ci ildə baş verib.
Son olaraq "Instagram”da çılpaq şəklini paylaşan Eşli "heç vaxt bədənimi göstərməkdən utanmamışam, elə uşaqlıqda da yarıçılpaq gəzirdim” deyib.