Dünyanın əksər ölkələrində futbol çempionatının dayandırıldığı vaxtda Türkmənistanda yerli liqa bərpa olunub.
Sportarena.az xəbər verir ki, 3-cü turdan sonra dayandırılan çempionat bu gün yenidən başlayıb.Günün yeganə matçında “Altun Asur” öz meydanında “Kopetdağ”la qarşılaşıb. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb. Bu, dünyada koronavirus pandemiyası dövründə yenidən başlayan ilk çempionatdır.
Qeyd edək ki, Türkmənistanda yeni mövsüm 6 martda başlayıb. Koronavirus pandemiyasına görə isə martın 24-də, 3-cü turdan sonra oyunlar dayandırılıb.