"Çelsi" koronavirus pandemiyası ilə əlaqədar yaranan vəziyyət səbəbindən futbolçuların maaşlarını azaltmaq qərarına gəlib.
Sportarena.az xəbər verir ki, oyunçular təklifi qəbul ediblər. Növbəti 4 ay ərzində onlar əvvəlki məvaciblərindən 10% daha az alacaqlar. Kapitan Sesar Aspilikueta komanda yoldaşları arasında məsələni qaldırıb və futbolçuların razılığını alıb.Baş məşqçi Frenk Lempard isə maaşının 25% azaldılmasına razılıq verib.
Beləliklə, "Çelsi" Premyer Liqada əmək haqlarını azaldan ilk klublardan biri olacaq.