Futzal liqalarının bərpası uzadıldı

20:30 20 Aprel 2020

Azərbaycan Futzal Federasiyası yarışların bərpa müddətini uzadıb. 

 

Sportarena.az xəbər verir ki, qərar Nazirlər Kabinetinin aprelin 18-dəki qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq qəbul olunub. Yüksək, Birinci və İkinci liqalar və Azərbaycan Kubokunun oyunları mayın 4-dək təxirə salınıb.

 

Federasiya oyunların başlama tarixi barədə əlavə məlumat verəcək.


Digər xəbərlər

Xəbər xətti