"Sabah” afrikalı futbolçu transfer edə bilər.
Sportarena.az xəbər verir ki, Bakı təmsilçisi Cənubi Afrika Respublikasının (CAR) "Orlando Pirates” klubunun futbolçusu Vinsent Pule ilə maraqlanır. "Sabah" 28 yaşlı hücumçunu yayda transfer etmək niyyətindədi.
Qeyd edək ki, Vinsent Pule əvvəllər CAR-ın "Afrikan Varriors" və "Bidvest Vits" klublarında oynayıb. O, bu mövsüm meydana çıxdığı 22 oyunda 2 qol vurub və 3 məhsuldar ötürmə edib.