“Qalatasaray” klubunun vitse-prezidenti Abdurrahim Albayrak dələduzluqla üzləşib.
Sportarena.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.Xəbərdə, özünü Baxçalıevlər Bələdiyyəsinin sədri kimi təqdim edən Hakan Bahadır adlı şəxs, kimsəsiz uşaqlara yardım adıyla Albayrakdan 140 min lirə (34,272 manat) alıb.
Albayrak pulu göndərdikdən sonra meneceriylə həmin şəxslə əlaqə qurmaq istəsələr də, alınmayıb. Daha sonra polisə müraciət edən Albayrak aldadıldığını başa düşüb.