Neftin ucuzlaşması "Neftçi"yə təsir edəcəkmi? - Klub rəsmisi açıqladı

15:39 21 Aprel 2020

Neftin qiymətinin sürətlə düşməsi ölkə futboluna da təsirsiz ötüşməyə bilər. Bildiyiniz kimi, ölkənin ən köklü klublarından olan "Neftçi"nin uzun illərdi ki, əsas sponsoru SOCAR neft şirkətidi. 

 

Bəs neftin qiymətindəki enişin "Neftçi" klubuna mənfi təsiri olarmı, büdcə azaldıla bilərmi?

 

Sportarena.az xəbər verir ki, Sport7.az məsələni dəqiqləşdirmək üçün "Neftçi"nin mətbuat katibi Rüstəm Allahverdiyevlə əlaqə saxlayıb: 

 

"İndiki durumda bununla bağlı heç bir söz deyə bilmərik. Çünki büdcə həmişə mövsümün əvvəlində müəyyənləşir. Cari mövsümün büdcəsi də bizdə əvvəldən müəyyənləşib və buna uyğun olaraq maliyyə işlərimiz davam edir. Ancaq gələn il büdcə nə olacaq, neftin qiymətinin oynamasının büdcəyə təsir edib-etməyəcəyi sual altındadı. Biz özümüz də bunu bilmirik. Bu, gələcəyə aid bir məsələdi. Ona görə də indidən bu barədə nəsə deyə bilmərik". 

 

Qeyd edək ki, SOCAR "Neftçi" ilə yanaşı ölkənin əsas futbol qurumu olan AFFA-nın da əsas sponsoru və bir sıra futbol klublarının maliyyə dəstəkçisidi.


Digər xəbərlər

Xəbər xətti