Demet Akalından Pərvizlə bağlı paylaşım: "İntiqamın alındı" - FOTO

12:43 22 Aprel 2020

Türkiyəli müğənni Demet Akalın TV8-də yayımlanan "Survivor" yarışmasına qatılan kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayevlə bağlı paylaşım edib.

 

Sportarena.az xəbər verir ki, sənətçi ötən gecə oyundan çıxan Ezgi Hocaoğlunun buna layiq olduğunu vurğulayıb.Akalın paylaşımında "Pərviz, intiqamın alındı, bizi bağışla" sözlərini yazaraq, idmançıdan üzr istəyib.

 

Qeyd edək ki, səsvermə zamanı Pərviz 6-cı yerdə qərarlaşmış və yarışmadan uzaqlaşmışdı. Həmin gün ən çox səsi Aycan Yanaç və Ezgi Hocaoğlu yığmışdı.



Digər xəbərlər

Xəbər xətti