Koronavirusa yoluxan azərbaycanlı hakim sağaldı

13:05 22 Aprel 2020

Türkiyədə koronavirusa yoluxan azərbaycanlı futbol hakimi İsa Məmmədov xəstəxanadan evə buraxılıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə Türkiyə Fəal Futbol Hakimləri və Müşahidəçiləri Dərnəyinin (TFFHGD) sədri Taner Tuncer açıqlama verib.O, Məmmədovun son iki koronavirus testinin nəticəsinin neqativ çıxdığını və hazırda səhhətinin yaxşı olduğunu bildirib.

 

Qeyd edək ki, İsa Məmmədov Karabük Universitetinin Bədən tərbiyəsi və idman fakültəsində İdman idarəçiliyi ixtisası üzrə 3-cü kursda təhsil alır.


Digər xəbərlər

Xəbər xətti