"Karyeramı Türkiyədə və ya qonşu ölkələrdən birində davam etdirə bilərəm. Koronavirus xəstəliyi yayılmamışdan əvvəl Azərbaycan və İrana yollanmış, oradakı komandalarla təmasım olmuşdu”.
Sportarena.az xəbər verir ki, bu sözləri Bosniya və Herseqovinanin "Çelik" klubunun baş məşqçisi Ümit Özat deyib.Bir müddət əvvəl türkiyəli məşqçinin adı “Sabah”la hallanırdı. 44 yaşlı mütəxəssis İnstaqram səhifəsində canlı bağlantı zamanı hələ də Azərbaycandan təklifinin olduğunu bildirib: “Koronavirusa görə bu məsələ donduruldu. Problem yoluna qoyulduqdan sonra yenidən bu məsələni müzakirə edəcəyik. Ola bilsin ki, karyeramı Azərbaycan və ya İranda davam etdirdim".
Qeyd edək ki, ötən ilin dekabrında “Çelik”ə baş məşqçi təyin edilən Ümit Özatın işçi vizası ala bilmədiyi üçün komandadan ayrılacağı bildirilir. Bu komandanın azərbaycanlı futbolçusu Elvin Yunuszadə də Bosniya və Herseqovinqda qeydiyyata alınmamasına görə "Çelik"də rəsmi debüt edə bilməyib.