UEFA 55 ölkədən 676 kluba 70 milyon avro ödəyəcək.
Sportarena.az xəbər verir ki, qrumun İcariyyə Komitəsinin bugünkü iclasında belə bir qərar qəbul edilib.Məlumata görə, UEFA təxirə salınan AVRO-2020 ilə bağlı klublara ödəniləcək vəsaiti təcili şəkildə onların hesablarına köçürəcək. Bölgü klubların seçmə oyunlardakı təmsilçi və oyun sayına görə aparılacaq.
UEFA pley-offda çıxış etməyən Azərbaycan da daxil 39 yığmanın assosasiyasına ümumilikdə 50 milyon avro ödəyəcək.