Almaniyanın “Ersgebirge” klubunda çıxış edən Azərbaycan millisinin üzvü Dmitri Nazarov "Bild"ə açıqlama verib.
Sportarena.az xəbər verir ki, 30 yaşlı futbolçu sosial şəbəkələrdən istifadə etmədiyini deyib:
“Sosial şəbəkələrə ehtiyacı olmayan adamlardanam. Hər zaman telefonla məşğul olmur, nəsə yazmır, göndərmir və başqalarının nə iş gördüyünə baxmıram. İnternetdə qurdalanmaq mənim işim deyil. Bir qədər köhnə məktəbdənəm və boş vaxtlarımda telefonumu bir neçə saatlıq kənara qoymağa üstünlük verirəm. Məndən nəsə öyrənmək istəsəniz, nömrəm sizdə var”.
Nazarov komandasının məşqlərə başlamasından danışıb:
“Məşqlərə başlamışıq və əsas diqqətimizi driblinq etməyə, qol vurmağa yönəldirik. Məşqlərdə 3 nəfərdən ibarət qruplara bölünürük. Bəzi komanda yoldaşlarımı 2-3 gün görmürəm. Yenidən birlikdə məşq edə biləcəyimizi ümid edirəm. Məhdudiyyətlər hamı üçün radikal dəyişikliyə səbəb oldu. Deyilənlərə mütləq əməl etməliyik”.