“Çelsi” futbolçusu Olivye Jiru ilə müqaviləni uzadıb.
Sportarena.az xəbər verir ki, fransalı hücumçunun yeni sözləşməsi 2021-ci ilin iyununa qədərdir. Klubun bunu tezliklə rəsmən açıqlayacağı bildirilib.33 yaşlı forfardın müqaviləsi bu ilin iyununa qədər idi.
Qeyd edək ki, Jiru 2018-ci ildən London klubunda oynayır. O, bu mövsüm Premyer Liqada 9 matça 2 qol vurub.