Türkiyə Super Liqası nə vaxt bərpa olunacaq?

16:21 25 Aprel 2020

Türkiyə Super Liqası iyunun ortalarında bərpa oluna bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə Türkiyə Klublar Birliyinin sədri Mehmet Serpil yerli mətbuata açıqlama verib:

 

“Hazırda ehtimal olunan senari 12-13-14 iyunda Super Liqa və Türkiyə kuboku oyunlarının başlaması və 26 iyula qədər tamamlanmasıdır. Bu, hazırda düşünülən bir ssenaridir, ancaq ayın sonunda qədər hökumətin nə qərar verəcəyini görəcəyik. Oyunların da eyni bir şəhərdə keçirilməsi müzakirə olunmur”.

 

Koronavirusa görə 26-cı turda dayandırılan Super Liqada 53 xala malik “Trabzonspor” liderdir.


Digər xəbərlər

Xəbər xətti