Türkiyə millisinin və "Beşiktaş"ın futbolçusu Burak Yılmaz Çində çıxış etdiyi dönəmlə bağlı açıqlama verib.
Sportarena.az xəbər verir ki, o, "Beyçzin Qoan" klubunda çıxış edən zaman Çin restoranlarında qeyri-adi mənzərə ilə rastlaşdığını bildirib.
"Çində nələr yeyirlər, nələr. Çox maraqlıdır, qəribə şeylər yeyirlər. Bir gün maraqlı gəldi və bazarlarına getdim. Gördüklərimdən sonra şok oldum. Koronavirusun oradan çıxması normaldır. Yemək-içməyə limit yoxdur. Xüsusi heyvan restoranları var. Restoranlarda it əti yeyirlər. Bu, onların mədəniyyətində normal qəbul edilir. İti kəsməmişdən əvvəl vəhşicəsinə döyürlər ki, əti dadlı olsun. Mənim aşpazım, sürücüm, həkimim var idi. Əks halda, Çində uğur qazana bilməzdim" - deyə təcrübəli futbolçu qeyd edib.