Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) "Zirə"yə öz dəstəyini göstərib.
Klubdan verilən məlumata görə, bu, məşqçi korpusu və futbolçuların KOBİA-ya müraciətindən sonra gerçəkləşib.
Belə ki, mikrosahibkar kimi qeydiyyatdan keçən futbolçular koronavirus pandemiyasının onların fəaliyyətinə mənfi təsir göstərməsini əsaslandırıb və bundan sonra KOBİA tərəfindən maliyyə ödəməsi edilib. (Sportinfo.az)