"Everton”un hücumçusu Moyze Kin karantin qaydalarını pozub.
Sportarena.az xəbər verir ki, 20 yaşlı italiyalı forvard modellərlə əyləncə məclisi təşkil edib. Belə ki, Kin Çeşirdə yerləşən mənzilinə dostlarını və modelləri dəvət edib.
Əyləncə məclisindən olan fotoları internetdə yayılıb. Dostlar şəkilləri "Karantindən təmizlənmə” adı ilə paylaşıblar.