"Beşiktaş" Qana millisinin üzvü ilə anlaşdı

15:51 26 Aprel 2020

"Beşiktaş" Bolqarıstanın ÇSKA klubunun vingeri Edvin Qiasi ilə anlaşıb.

 

Sportarena.az xəbər verir ki, Sofiya təmsilçisi ilə müqaviləsi mövsümün sonunda başa çatacaq qanalı futbolçu İstanbul klubuna keçəcək. "Ghana Soccer" nəşri 28 yaşlı futbolçunun "ağ-qaralar"la 2 illik razılığa gəldiyini yazıb.

 

Qana millisinin üzvü 2018-ci ildə Norveçin "Olesun" klubundan ÇSKA-ya keçib. O, ötən il icarə əsasında MLS təmsilçisi "Dallas"da çıxış edib.


Digər xəbərlər

Xəbər xətti