"Bavariya"nın futbolçusu İvan Perişiç zədəsini sağaldıb.
Sportarena.az xəbər verir ki, o, artıq məşqlərə başlayıb. Xorvat yarımmüdafiəçi komanda ilə kiçik qrup şəklində məşqlərdə iştirak edib.
Qeyd edək ki, İ.Perişiç ayağındakı sınıq səbəbindən 3 ay yaşıl meydanlardan uzaq qalmışdı.Əlavə edək ki, "Bavariya"nın müqavilə ilə "İnter"ə məxsus olan oyunçunu birdəfəlik alacağı gözlənilir.