Almaniyanın "Verder" klubu mövsümün sonunda müqaviləsi başa çatacaq Nuri Şahinlə yollarını ayıracaq.
Sportarena.az xəbər verir ki, türk futbolçu ilə yanaşı, Fin Bartels və Sebastian Lanqkamp da "musiqiçilər"i tərk edəcək. Bremenlilərin çalışdırıcısı Frank Baumann 3 futbolçunu gələcək planında görmədiyini rəhbərliyə bildirib.
Nuri Şahin 2018-ci ildə Dortmund "Borussiya"sından "Verder"ə keçmişdi. 31 yaşlı futbolçu bu mövsüm 17 oyunda 4 assist edib.