"Tottenhem"in baş məşqçisi Joze Mourinyu koronavirusdan əziyyət çəkən insanlardan köməyini əsirgəmir.
Sportarena.az xəbər verir ki, Mourinyu klubun bazasında yerləşən dirrikdə yetişən tərəvəzlərin stadiondakı qida paylama mərkəzinə daşınmasına yardım edib. Daha sonra bu tərəvəzlər ehtiyac sahiblərinə göndəriləcək.
Portuqaliyalı çalışdırıcı daha əvvəl karantin rejimini pozaraq Tanqi Ndombele ilə birlikdə məşq etmişdi.