3 mövsümdə cəmi 80 oyuna çıxan Neymarın maaşı göz qamaşdırdı

23:00 30 Aprel 2020

Dünyanın ən bahalı transferi hesab olunan Neymarın 222 milyon avroya "Barselona"dan transfer olunduğu PSJ-dən qazandığı məbləğ açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, 2017-ci ilin yayında transfer olunan braziliyalı ulduz həmin vaxtdan komandanın meydana çıxdığı 155 oyundan cəmi 80-ində oynaya bilib. Cəmi 51 faiz oyunlarda oynayan Neymar orta hesabla hər mövsüm 26 matçda forma geyinib.

 

PSJ 222 milyon avroya aldığı Neymara illik 37 milyon avro ödəyir. Beləliklə, hər oyuna görə təxminən 1,4 milyon avro alan braziliyalı ulduz oynadığı 80 matçda 111 milyon avro qazanıb.


Digər xəbərlər

Xəbər xətti