"Qarabağ"ın qapıçısı Vaqner da Silva gələcək karyerasından danışıb.
Sportarena.az xəbər verir ki, mövsümün sonunda Ağdam klubu ilə başa çatacaq braziliyalı qolkiper Kiprin APOEL klubu ilə danışıqlar apardığını deyib:
"Apollon"la bağlı ilk dəfə xəbər eşidirəm. Mənə öz sıralarında görmək istəyən başqa Kipr klubu var - APOEL. Artıq danışıqların ilkin mərhələsindəyik. Bundan əlavə, Yunanıstanın "Panatinaikos" klubu da mənimlə maraqlanır. Konkret ad çəkməyəcəm, Braziliya və Portuqaliyadan da maraq var. Növbəti mövsümü deyil, indiki vəziyyətdən necə çıxacağımızı düşünürəm" (azerisport).