Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bugünkü brifinqdə Azərbaycan Premyer Liqasının bərpası məsələsi ilə bağlı sualı cavablandırıb.
Sportarena.az xəbər verir ki, o kütləvi tədbirlərə olan qadağanın aradan qaldırılmadığını bildirib: "Kütləvi tədbirlərlə bağlı qərar hələ ki, qüvvədə qalır. Bu sahədə açılım yoxdur. Növbəti mərhələdə necə olacaq, bu, artıq vəziyyətdən asılıdır".
Qeyd edək ki, bu gün tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair qərar verilib.
Xatırladaq ki, Peşəkar Futbol Liqası mayın 4-də ölkədə karantin rejimi ləğv olunacağı halda, mayın 21-də birinci divizionun, mayın 23-də isə Premyer Liqanın bərpasının nəzərdə tutulduğunu açıqlayıb.